Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il noyabrın 19-da imzaladığı qərara əsasən, Azərbaycanda açıq havada tibbi maskalardan istifadə məcburidir.
Nəzərə alsaq ki, qarşıdan isti yay ayları gəlir, açıq havada maska taxmaq insanlara çətinlik yarada bilər. Bəs görəsən, növbəti aylarda bu qərar ləğv oluna bilərmi?
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla BiG.AZ-a açıqlama verib:
"Düşünürəm ki, epidemioloji vəziyyət stabil davam etsə, yavaş-yavaş açıq havada maska ilə gəzməyi tərgitmək məsləhətdir. Çünki artıq qarşıdan isti yay ayları gəlir. Əgər artım olmasa, epidemioloji vəziyyət pisləşməsə, açıq havada maska taxmaq zəruri görünmür. Hər şey vəziyyətdən asılı olacaq".
Saglamolun.Az