“İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunmayacaq”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Sədr qeyd edib ki, DİM pandemiya ilə əlaqədar tərtib olunan qaydalara əməl edir:
“İmtahanda iştirak edən hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontakta olmayıb. Biz sadəcə təqdim olunan bəyannaməyə baxırıq”.
“Hərarəti olanlar da imtahana buraxılmır”, - deyə o əlavə edib.
Saglamolun.Az