"11-ci siniflərin buraxılış imtahanı aprel ayında planlaşdırılır. Tarixlər hələ ki, dəqiq deyil və bir ay öncədən dəqiq vaxt deyiləcək”.
Anews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, aprel ayında Operativ Qərargah icazə verməzsə imtahanlar təxirə salına bilər: "İmtahanlar təxirə salınsa da, ardıcıllıq dəyişməyəcək”.
Saglamolun.Az