Refresh

This website saglamolun.az/index.php/maraqlixeberler/14342-ariqlamaq-ucun-meslehetler.html is currently offline. Cloudflare\'s Always Online™ shows a snapshot of this web page from the Internet Archive\'s Wayback Machine. To check for the live version, click Refresh.

Bunu yatmazdan 3-4 saat əvvəl edin!

Müasir elmi araşdırmalar göstərir ki, arıqlamaq istəyən insanın şam yeməyi yatmazdan ən azı 3-4 saat əvvəl olmalıdır.

Əgər aclıq sizi çox narahat edirsə, 1 stəkan kefir içə bilərsiniz. Effekti daha da gücləndirmək üçün kefirə bıçağın ucunda darçın əlavə edə bilərsiniz.

Günorta saat 12-yə qədər istənilən qidaları, hətta desertləri yeyə bilərsiniz. Bu vaxta qədər qəbul etdiyimiz kalorilər asanlıqla sərf olunur və artıq çəkinin yığılmasına səbəb olmur. Daha sonra isə qidaların kalori miqdarını azaldın, daha yüngül qidalara üstünlük verin.

Lifli qidalar (sıyıqlar, tərəvəzlər, paxlalar) tez bir zamanda toxluq hissi yaradır və bu hissi saxlayır. Yağı az olan ət növləri də arzuolunan məhsullardandır. Zülallar da insanı uzun müddət ərzində tox saxlayır və orqanizmdə piylərə çevrilmir.

Saglamolun.Az