Загрузка...

Kişi sonsuzluğunun müalicəsində mühüm yeniliklər - VİDEO

Kişi sonsuzluğu bir çox hallarda çətinliklə müalicə olunur və həkimlər süni mayalanma üsullarından, bəzən donor spermasından istifadə etməli olurlar.

Yaponiya alimləri azoospermiyanın (spermada yetkin spermatozoidlərin olmaması ilə bağlı olan pozulma) müalicəsində böyük müvəffəqiyyətlər əldə ediblər. Xarici mətbuatın məlumatına görı, alimlər azoospermiyadan əziyyət çəkən kişinin xayasından tam yetişməmiş spermatozoidləri alıb süni mayalanma üçün istifadə edirlər. Yeni üsul artıq sınaqdan keçirilib və bunun nəticəsində 2011-ci ildən 2014-cü ilə qədər olan müddət ərzində 112 uşaq dünyaya gəlib.

Digər yenilik spermatozoidlərin azhərəkətliliyinin müalicəsi ilə bağlıdır. Bu pozulma zamanı spermatozoidlər mayalanma üçün yumurta hüceyrəsinə çata bilmir və bunun nəticəsində mayalanma baş vermir.

Sonsuzluğun bu forması süni inseminasiyanın köməyi ilə müalicə olunur. Süni inseminasiya zamanı spermatozoidlər təbii və ya süni (xayadan iynə ilə) yolu ilə kişidən alınır və qadının uşaqlığına yeridilir.

Almaniya həkimləri bu problemi həll etmək üçün çox original üsul təqdim edirlər. Xarici mətbuatın məlumatına görə, alimlər xüsusi mikroskopik spermobotları (spiral formasında olan mikromotorlar) hazırlayıblar. Spermobot spermatozoidin quyruğuna dolanır və maqnit sahəsinin təsirindən spermatozoidi yumurta hüceyrəsinə çatdırır. Təqdim etdiyimiz videoda bu prosesi izləmək mümkündür.

 


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика