Əməkdar artist Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.
Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verən aktyor anası Tahirə Əfəndiyevanın komada olduğunu bildirib.
"Əziz dostlar, anam komadadır, COVID-19 virusundan ağır vəziyyətdədir və ona təcili qan köçürülməlidir” deyən Bağırzadə anası üçün qan axtardığını əlavə edib:
“Sizdən Bəhram Bağırzadə kimi deyil, onu xilas etmək üçün hər şeyi etməyə hazır olan bir oğul kimi xahiş edirəm".
Qeyd edək ki, Bəhram Bağırzadə bir müddət əvvəl özü də koronavirusa yoluxmuşdu.
Saglamolun.Az