Koronaviruslu xəstələrə şad xəbər

Koronavirusun immunitet yaddaşı infeksiyadan sonra səkkiz ay müddətində bədəndə qalır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Monaşa Universitetinin alimləri araşdırma aparıblar.

Araşdırmada COVID-19-a yoluxmuş 25 könüllü iştirak edib.

Bədənin "yaddaşı" B hüceyrələri ilə əlaqələndirilir. Onlar virusu xatırlayır və bədənə yenidən daxil olduğu zaman müqavimət göstərirlər.

Alimlər 4 ilə 242 gün arasında koronavirusa yoluxmuş insanları müşahidə edərək, xəstələrin hər birindən 36 qan nümunəsi götürüb.

Müəyyən edilib ki, virusa qarşı antikorlar 20-ci gündə istehsal olunmağa başlayır.

Bir sıra tədqiqatlara görə, antikorlar bədəndən olduqca tez yox olur.

Ancaq SARS-CoV-2 virusunun zülallarını tanımaq qabiliyyətinə sahib B hüceyrələrinin koronavirus yaddaşı uzun müddət sabit olaraq qalıb.

Alimlərin fikrincə, bu fakt koronavirusa təkrar yoluxmanın az olduğunu və peyvəndlərin uzun müddət təsirli olacağını sübut edir.

Saglamolun.Az