Maqnezium insan sağlamlığı üçün ən vacib maddələrdən biridir. Maqnezium ürək ritminin tənzimlənməsində böyük rol oynayır və onun çatışmazlığı infarktın riskini əhəmiyətli şəkildə artırır.
Ürəyin fəaliyyətindən əlavə maqnezium sinir və əzələ funksiyalarında, imun sisteminin işində, qanda qlükozanın tənzimlənməsində, sümüklərin sağlamlığında böyük rol oynayır.
Saglamolun.az FoodEatSafe nəşrinə istinadla bildirir ki, maqneziumun günlük dozası 400 mq-dır. Tamdəyərli qidalanma orqanizmi maqneziumla tam şəkildə təmin edir. Lakin insan qeyri-sağlam qıdalanır, pəhriz saxlayır, ac qalır, fast-fud kimi qidalara üstünlük verirsə, bu orqanizmdə bir çox maddələrin və o cümlədən maqneziumun defisitinə gətirib çıxardır.
Maqneziumla zəngin olan məhsullar bunlardır:
- Keşyu
- Badam
- Braziliya qozu
- Araxis
- Püstə
- Qarabaşaq ("qreçka")
- İspanaq
- Kələm
- Cəfəri
- Banan
- Yulaf yarması (“gerkules”)
- Darı yarması
- Noxud
- Lobya
- Mərci
Saglamolun.Az