Azərbaycan keçmiş əsrlərdə və bu gün

Azərbaycanın ərazi bütövlüyünün bərpası rəşadətli ordumuzun, Prezidentimizin və bütün Azərbaycan xalqının şanlı, misilsiz bir qələbəsidir.

Müharibədə qələbə qazansaq da, informasiya müharibəsi davam edir, və bu vəziyyətdə biz əlimizdən gələni etməliyik ki, vahid və bölünməz Azərbaycan və onun ayrılmaz hissəsi olan Qarabağ ideyası bütün dünya ictimaiyyətinin şüurunda həkk olunsun, "Qarabağ Azərbaycandır" şüarı daim hamının yaddaşında qalsın.

Bunu nəzərə alaraq, "Buta design" dizayn şirkəti əməkdar rəssam İsmayıl Məmmədovun rəsmləri ilə dizayn edilmiş "Azərbaycan keçmiş əsrlərdə və bu gün" adlı divar xəritəsini yenidən işləyib hazırladı.

Xəritədə Azərbaycanın ən möhtəşəm tarixi və memarlıq abidələr yer alıb. Qarabağın ecazkar abidələri – məscidlər, bizə Qafqaz Albaniyasından miras qalmış məbədlər də xəritədə öz layiqli yerini tutmuşdur.

Xəritənin çapına  120 illik tarixə malik olan, dünyanın ən etibarlı əczaçılıq şirkətlərindən biri olan Macarıstanın "Gedeon Richter" şirkətinin Azərbaycan nümayəndəliyi sponsorluq etmişdir. 2000 tirajla çap olunmuş xəritələr şirkətin bütün müştəri və iş partnyorlarına hədiyyə şəklində təqdim ediləcək və, şübhəsiz ki, bir çox ofislərin interyerini bəzəyəcək. 

Xəritənin işıq üzü görməyində yardım etməklə Gedeon Richter şirkəti Azərbaycanın ərazi bütövlüyünün təbliğ edilməsi kimi son dərəcə vacib işə böyük töhfə verdi.

 


 

Вышла в свет оригинальная cувенирная карта АЗЕРБАЙДЖАНА

Восстановление территориальной целостности Азербайджана – это огромная, ни с чем не сравнимая победа нашей армии, нашего Президента и всего азербайджанского народа.

Победа на поле боя одержана, но информационная война продолжается. И в этой ситуации мы должны сделать все, чтобы идея единого и неделимого Азербайджана и Карабаха как его неотъемлемой части как можно глубже проникла в умы всего мирового сообщества, чтобы слоган «Карабах – это Азербайджан» постоянно был у всех на слуху.

В свете этого дизайнерская компания «Buta design» переработала и подготовила к выпуску замечательную настенную сувенирную карту Азербайджана, оформленную иллюстрациями заслуженного художника Азербайджана Исмаила Мамедова. На карте изображены все самые ценные исторические и архитектурные памятники Азербайджана. На карте также заняли свое достойное место изображения великолепных памятников Карабаха – мечетей, храмов, доставшихся нам в наследство от Кавказской Албании.

Азербайджанское представительство венгерской компании "Gedeon Richter” – одной из старейших и уважаемых фармацевтических компаний в мире - оказало спонсорскую помощь в выпуске карты тиражом в 2000 экземпляров. Карта будет роздана в качестве подарка всем партнерам и клиентам компании и, без сомнения, украсит интерьеры многих и многих офисов.

Выступив спонсором выпуска карты, компания Gedeon Richter внесла большой вклад в чрезвычайно важное дело пропаганды территориальной целостности Азербайджана.

Saglamolun.Az