Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr açıqlanıb - TAM SİYAHI

Nazirlər Kabineti Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısını açıqlayıb.

Saglamolun.Az həmin siyahını təqdim edir:

  1. Səhiyyə və sosial xidmət sahələri üzrə:
    1.1. elmi-tədqiqat və laborator xidmətləri;
    1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
    1.3. baytarlıq xidmətləri;
    1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
    1.5. sosial xidmətlər;
    1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər
    üçün baxıcılıq xidməti.
  2. İnfrastruktur sahəsi üzrə:
    2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı,
    enerji paylanması);
    2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
    2.3. su təchizatı və meliorasiya;
    2.4. telekommunikasiya və rabitə xidmətləri.
  3. Nəqliyyat və logistika sahəsi üzrə:
    3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
    3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
    3.3. logistika xidmətləri;
    3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
  4. Əsas istehsalat sahələri üzrə:
    4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
    4.2. maşınqayırma sənayesi üzrə fəaliyyət;
    4.3. neft avadanlıqları və qurğularının istehsalı;
    4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının
    tədarükü, təchizatı, saxlanması və topdan satışı;
    4.5. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
    4.6. kimyəvi məhsulların istehsalı;
    4.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer
    təsərrüfatlarının fəaliyyəti;
    4.8. əkinçilik və məhsul yığımı;
    4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
    4.10. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;
    4.11. metallurgiya sənayesi üzrə fəaliyyət;
    4.12. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
    4.13. mühəndislik və layihələndirmə xidmətləri;
    4.14. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
    4.15. qablaşdırma məhsullarının istehsalı;
    4.16. daş, metal və taxta məhsullarının istehsalı;
    4.17. mebel istehsalı və təmiri;
    4.18. diri heyvanların kəsimi.
  5. Pərakəndə və topdan satış üzrə:
    5.1. ərzaq mağazaları (supermaketlər, bazarlar);
    5.2. apteklər;
    5.3. yanacaq doldurma məntəqələri;
    5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);
    5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).
  6. Məişət xidmətləri üzrə:
    6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
    6.2. poçt xidmətləri;
    6.3. kimyəvi təmizləmə;
    6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
    6.5. avtomobillərin təmiri;
    6.6. avtomobil yuyulma məntəqələri;
    6.7. heyvan sığınacaqları;
  7. Kütləvi informasiya vasitələri.
  8. Maliyyə təşkilatları üzrə:
    8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
    8.2. investisiya şirkətləri, fond birjaları;
    8.3. sığorta təşkilatları;
    8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
  9. Xüsusi xidmət növləri üzrə:
    9.1. çatdırılma xidmətləri;
    9.2. məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;
    9.3. dezinfeksiya xidmətləri.
  10. Vəkillik fəaliyyəti.
  11. Otellərin fəaliyyəti.
  12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının
    keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili.

Saglamolun.Az