Koronavirusdan qorunmaq üçün nə etməli? ÜST tövsiyyələri

Saglamolun.az Ümumdünya Səhiyyə təşkilatının koronavirus infeksiyasından qorunmaq üçün tövsiyyələrini sizə təqdim edir.

1. Əllərinizi müntəzəm olaraq sabun və ilıq su ilə yuyun və ya bu mümkün olmadıqda tərkibində spirt olan vasitələrlə silin.

2. İctimai yerlərdə digər insanlarla ən azı 1 m məsafə saxlayın. İnsan öskürür və ya asqırırsa bu xüsusilə vacibdir. Virus əsasən hava-damcı yolu ilə keçir.

3. Əllərinizlə göz, burun və ağzınıza toxunmayın. Əllərinizdə virus olarsa bu onun orqanizmə düşməsinə səbəb olacaq.

4. Öskürəndə və ya asqıranda burun və ağzınıza salfet və ya qol büküşünü tutun. Daha sonra salfeti tullayın və əllərinizi yuyun və ya bu mümkün olmadıqda tərkibində spirt olan vasitələrlə silin. Sizdə koronavirus varsa bu tədbirlər onun yayılmasının qarşısını almağa yardım edəcək. 

5. Qızdırmanın yüksəlməsi, öskürək və nəfəsalmanın çətinləşməsi kimi simptomlar əmələ gəldikdə dərhal “təcili yardıma” müraciət edin.

Təşvişə düşməyin və yalnız rəsmi məlumatlara etibar edin!

Koronavirus əksər hallarda (80%-dan çox) yüngül keçir. Uşaqlar koronavirusa demək olar yoluxmur.

Ağırlaşmalar əsasən yaşı 65-dən çox olan, şəkərli diabet, astma, ürək xəstəliklərindən əziyyət çəkən insanlarda baş verir. Bu insanlar xüsusilə diqqətli olmalı, profilaktik qaydalara riayət etməli, mümkün qədər evdə qalmalıdır.    

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...