Həm Kəlbəcərə, həm də atama qovuşacağam - Dilqəm Əsgərovun oğlu

"30 ilə yaxın idi Kəlbəcərin, 7 ilə yaxın idi atamın həsrətini çəkirdim. İndi atama da, Kəlbəcərə də qovuşacağam".

Bu fikirləri AzerForum-in bölgə müxbirinə erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

O qeyd edib ki, qazanılan qələbənin ailəsi üçün xüsusi əhəmiyyəti var: "Bu xoş günləri, bu tarixi anları bizə yaşatdığı üçün cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Ordumuza çox sağ ol deyirəm. Sevincimin həddi-hüdudu yoxdur. Var olsunlar".

Məlumat üçün bildirək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdunu, yaxınlarını ziyarət edərkən işğalçı Ermənistan hərbiçiləri tərəfindən həbs olunublar və 7 ilə yaxındır həbsxanada saxlanılırlar.

Saglamolun.Az