Təzyiqiniz səhərlər qalxırsa...

İnsanın arterial təzyiqi gün ərzində dəyişilir. Belə ki, gecə saatlarında təzyiq 10-30% aşağı düşə bilər, səhər isə yenidən normaya qalxır.

Lakin bəzi insanlarda təzyiq səhərlər əhəmiyyətli dərəcədə qalxa bilər ki, bu da səhər hipertoniyasına səbəb olur.

Saglamolun.az Rusiya KİV-lərinə istinadən bildirir ki, səhərlər təzyiqin yüksək rəqəmlərə qalxması ürək tutması, infarkt və insult kimi pozulmaların riskini kəskin artırır. İnsan bunu nəzərə almalı və vaxtında lazım olan tədbirləri görməlidir.

Bu tədbirlər arasında:

- təzyiqi salmaq üçün istifadə olunan dərman preparatlarının düzgün seçimi,

- pəhriz (duz və yağların azaldılması),

- fiziki aktivlik,

- ziyanlı vərdişlərdən imtina,

- bədən çəkisini normada saxlamaq,

- streslərdən uzaq durmaq və s.    

Nəzərinizə çatdıraq ki, 120/80 mm.c.st. və bundan aşağı təzyiq normal sayılır.

120/80-139/89 mm.c.st arasında təzyiq ona işarə edir ki, insanda hipertoniyanın inkişafı riski yüksəkdir.

Təzyiq 140/90 mm.c.st-dan yuxarı qalxırsa bu artıq hipertoniya sayılır.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...