Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə tədbiq edilən qadağa qüvvəyə minib.
BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Qeyd edilən müddət ərzində Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dayandırılır.
İctimai nəqliyyatda həftəsonu məhdudiyyətləri noyabrın 2-dək davam edəcək. Bu, adıçəkilən şəhərlərdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunmasə ilə bağlıdır.
Saglamolun.Az