Koronavirusa yoluxan insanlar 4 əsas səbəbə görə ölürlər.
Milli.Az bildirir ki, bunu tanınmış həkim Sara Jarvis Britaniyanın ITV kanalında yayımlanan "Good Morning Britain" verilişində koronavirusla bağlı açıqlama verərkən deyib.
O, koronavirusa yoluxan, dünyasını dəyişən insanların əsl ölüm səbəblərini açıqlayıb. Həkim bildirib ki, insanları öldürən Covid-19 deyil, baxımsızlıq, təcrübəsizlik, diqqətsizlik və digər sağlamlıq problemləridir.
Adil Ray və Charlotte Hawkins-in aparıcılıq etdiyi verilişə qatılan Sara 4 əsas səbəbi açıqlayıb:
"Birinci növbədə, koronavirusdan ölən insanların çoxu yaşlı və səhhətində digər problemləri olan şəxslərdir. İkincisi, xəstəxanalarda yerin olmaması və xəstəyə lazımi qayğı və diqqətin göstərilməməsidir. Üçüncüsü, həmin xəstələrin başqa xəstəliklərinin müalicəsinin ertələnməsidir. Dördüncü səbəb isə yoxsulluqdur. Belə ki, iqtisadiyyat bir az da çöksə, insanların sağlamlıq dərəcəsinin xeyli zəifləməsinə gətirib çıxaracaq".
O bildirib ki, hazırda tək çarə tibbi maskadan istifadə edib, əlləri tez-tez yuyub, gigiyenik qaydalara əməl edərək bu virusa yoluxmamaqdır.
Saglamolun.Az