Bakıda xəstəxanada yer olmadığı üçün daha bir həkim COVİD 19-dan öldü

Bakıda 25 saylı poliknikanın koronavirusa yoluxan həkimi evdə boğularaq ölüb.

Anews.az-a etirbarlı mənbədən daxil məlumatda bildirilir ki, poliknikanın şöbə müdiri Aida İsmayılova bir neçə müddətdir COVİD 19 xəstəliyinə yoluxub.

Bakıda xəstəxanalarda yer olmadığı üçün həkimə Astarada karantində qalmağı təklif ediblər. Bu halda həkim həmin xəstəxanada müalicə almaqdan imtina edib. Nəticədə evdə özünü müalicə edən Aida İsmayılova tənəffüsündə problem yarandığı üçün  boğularaq dünyasını dəyişib. 

Saglamolun.Az