Azərbaycanda karantin rejimi daha 2 həftə uzadılır

“5 iyuldan sonra xüsusi karantin rejiminin 2 həftə müddətinə artırılması barədə rəylər və fikirlər var”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Nazirlər Kabinetinin yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.

O deyib ki, yaxın günlərdə əhaliyə daha ətraflı məlumat bildiriləcək.

H.Hacıyev bildirib ki, karantin rejiminin uzadılmasında məqsəd əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaqdır.

Saglamolun.Az