İllər boyu hamilə qalmağa çalışan hindistanlı qadının kişi olduğu məlum olub, Hindistan mediası xəbər verir.
BAXAR.AZ xəbər verir ki, həkimlər qarın ağrısı şikayəti ilə tibbi yardıma müraciət edən 30 yaşlı Qərbi Benqaliya ştatının sakinində... xaya xərçəngini aşkar ediblər. "O zahirən qadındır. Səsi, inkişaf etmiş döşləri, normal xarici qadın cinsiyyət orqanları, hər şey qadınlarda olduğu kimidir. Amma onun anadan gəlmə uşaqlıq və yumurtalıqları olmayıb".
Əlavə testlərin nəticələri də qadının genetik səviyyədə kişi olduğunu təsdiqləyib. Bətndaxili inkişaf zamanı onda xayaları aşağı enməyib, qarın boşluğunda qalıb və bu da xərçəngə səbəb olub.
Bu xəbərdən sarsıntı keçirən qadın və onun ərinə psixoloji yardım göstərilir. Cütlüyə əvvəlki həyatlarını davam etdirmək tövsiyə olunub.
"Bu şəxs qadın olaraq böyüyüb. Demək olar ki, o, on ildir ki, kişi ilə evlidir," - həkim dr. Anupam Dutta Hindistanın PTI agentliyinə bildirib.
Həkimlərin sözlərinə görə, bu olduqca nadir haldır və 22 min nəfərdən birində rast gəlinir.
Qadına xərçənglə bağlı müalicə təyin edilib.
Saglamolun.Az