Yalan danışan adamın burnu böyüyür? – PİNOKİO EFFEKTİ

Çikaqoda Qorxu və dadbilmə orqanlarının Müalicəsi və Araşdırılması Mərkəzindəki alimlər aşkar ediblər ki, insan yalan danışan zaman burundan katexolamin adlanan maddə ifraz olunmağa başlayır və bu maddə burunun içindəki toxumaların şişməsinə səbəb olur.

Qanın axınını göstərən xüsusi kameralardan istifadə etməklə alimlər yalan danışan adamın qan təzyiqinin artdığını müəyyənləşdiriblər. Qan təzyiqinin artması da burunu genişləndirir. Deməli yalan danışan adamın burunu həqiqətən də böyüyür. Buna "Pinokio effekti" deyilir. Bundan əlavə, termoqrafiyanın yeni tətbiqlərini təqdim edən qabaqcıl bir araşdırmaya görə, biz əhəmiyyətli bir zehni səy göstərdikdə üzümüzün hərarəti aşağı düşür və narahatlıq hiss etdiyimiz zaman üz temperaturumuz yüksəlir. Burun ətrafında və gözün daxili küncündəki orbital əzələdə temperatur artır. Granada Universitetinin tədqiqatçıları maraqlı nəticələr əldə ediblər. Alimlər müəyyən ediblər ki, zehni səy göstərdikdə (çətin tapşırıqları yerinə yetirərkən, konkret hadisə ilə bağlı sorğu-sual edildikdə və ya yalan danışarkən) qadınlar və kişilər eyni dərəcədə temperaturun dəyişməsi ilə üzləşirlər. Yalan danışdığımız zaman burnumuzun ətrafındakı temperatur yüksəlir və “insula” adlı beyin elementi işə düşür. İnsula beyin sisteminin tərkib hissəsidir. İnsula bədən istiliyinin aşkarlanmasında və tənzimlənməsində iştirak edir. Buna görə də, insula fəaliyyəti və temperatur artımı arasında güclü mənfi korrelyasiya var.

Sevinc Hüseynova

 

Saglamolun.Az