“Nəfəs ala bilmirdim”, “Çətin oldu”, “Nəfəs darlığı yaşayırdım”...
Bu barədə “Real TV”yə Azərbaycanda koronavirusa qalib gələrək, sanki yenidən doğulan şəxslər danışıblar.
Videoreportajda ölümcül virusun insan orqanizminə qənim kəsilməsi bütün çılpaqlığı ilə əksini tapıb, qəhrəmanların qorxulu yuxu kimi xatırladığı çətin günlərdən bəhs olunub.
Bildirilib ki, son günlər koronavirusa yoluxmalarda ağırlaşma halları artıb.
Qeyd edək ki, bu gün Azərbaycanda daha yeddi nəfər bu virusla mübarizədə məğlub olub. 517 yeni yoluxma faktı qeydə alınıb, 305 nəfər isə sağalıb və evə buraxılıb.
Saglamolun.Az