Загрузка...

Böyrək kistaları

Əksər hallarda böyrək kistaları insana heç bir narahatçılıq gətirmir və USM zamanı təsadüfən aşkar olunur.

Bu kifayyət qədər tez-tez rast gəlinən böyrək patologiyasıdır.

Böyrək kistası daxilində sarımtıl maye olan xoşxassəli yumuru törəmədir. Kistalar anadangəlmə və qazanılmış olur. Anadangəlmə kistaların inkişaf etmə səbəbləri:

- irsiyyət. Adətən belə kistalar yaxın qohumalar arasında aşkar olunur.

- hamiləlik zamanı ananın orqanizminə mənfi faktorların (spirtli içkilərin qəbulu, siqaretlərin çəkilməsi, bətndaxili infeksiyalar, intoksikasiyalar və s.) təsiri.

Qazanılmış böyrək kistaların əmələ gəlmə səbəbləri tibbdə hələ ki dəqiq məlum deyil. Alimlərin fikirinə görə, sadə böyrək kistaları əksər hallarda müxtəlif böyrək travmalarından sonra (yıxılma, zərbə və s.) və müxtəlif böyrək və sidik ifrazı yolları iltihablar və infeksiyalardan sonra inkişaf edə bilər.

Kiçik ölçülərdə olan böyrək kistaları bir çox hallarda heç bir simptomla özünü büruzə vermir. Lakin daha iri kistalar insanın bel nahiyəsində olan küt ağrılara səbəb ola bilər. Bu ağrılar fiziki gərginliklərdən sonra artır. Kistanın irinləməsi və ya yırtılması bel nahiyəsində güclü ağrılara səbəb olur.

Böyrək kistalaları müxtəlif olur: sadə kista (ən tez-tez təsadüf edilən kista növü), dermoid kistası, polikistoz və s. Böyrək polikistozu irsi patologiyadır. Bu zaman böyrəklərin üzərində çoxlu sayda kiçik kistalar olur ki, böyrək üzüm salxımına bənzəyir.

Kistaların ölçüləri bir neçə mm-dən başlayaraq 10 sm kimi ola bilər. Kistanın daxilində adətən sarımtıl maye olur. Dermoid kistaları istisnadır. Bu anadangəlmə kistaların içərisində piy toxuması, tüklər, dəri hissəcikləri və hətta dişlər ola bilər.

Əgər sizdə USM zamanı böyrək kistası aşkar olunubsa, mütləq uroloqa müraciət edin. Kistalar heç də ziyansız deyil. Kistalar çox ağır fəsadların inkişafına səbəb ola bilər.

Bu fəsadların arasında:

- böyrəkdə qan dövranın pozulması (böyrək toxumasının kista ilə sıxılması nəticəsində),

- kistanın xərçəngə çevrilməsi,

- arterial hipertenziyanın inkişafı,

- böyrək çatışmazlığı,

- pielonefrit (böyrək iltihabı),

- kistanın irinlənməsi və yırtılması.

Adətən sadaladığımız pozulmalar iri kistalar zamanı inkişaf edə bilər. Kiçik kistalar heç bir xüsusi müalicə tələb etmir, həkim yalnız dinamik nəzarət tövsiyə edir. Bu o deməkdir ki, xəstə 1 ildə 1-2 dəfə USM-dən keçməlidir. Kista böyüməyə başladıqda və ya kistanın fonunda hər hansı fəsadlar inkişaf etdikdə, həkim müalicə təyin edə bilər.

İri kistalar cərrahiyə yolu ilə müalicə olunur. Hal hazırda belə əməliyyatlar daha tez-tez hallarda laparoskopik üsulu ilə həyata keçirilir. Bəzən açıq (ənənəvi) əməliyyat da tətbiq oluna bilər. Belə əməliyyat kistanın irinlənməsi, yırtılması, xərçəngə çevrilməsi və s. fəsadlar zamanı tətbiq oluna bilər.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика