“Bu, bizim ən pis günümüzdür. Bundan pis gün yaşamamışıq”.
APA TV-nin reportajını sizə təqdim edirik. Burada gücü tükənən, həyatın ölüm adlı həqiqəti ilə mübarizə aparan tək xəstələr deyil, həm də ağ xalatlı həkimlərdir: “Biz özümüz də bilmirik kimlə mübarizə aparırıq. Kəsilmiş damar deyil ki, bağlayasan, sınıq deyil ki, gips qoyasan. Bilmirik xəstənin üstünə gedəndə nə edəcəyik”.
Bu insanların eynək arxasından çox çətinliklə sezilən bir cüt gözlərinə baxdıqca, orada çağlayan ümidi, sevinci, qəmi - yaşadığı bütün hissləri gördükdən sonra tam anlamı ilə dərk edirsən və başa düşürsən ki, "görünməyən" qəhrəmanlar hansı çətin vəziyyətlərlə üz-üzə dayanıb: “Biz dözə bilmirik, cavan-cavan adamlar gözlərimiz önündə dünyasını dəyişir”.
İnfeksiyanın yenicə yayıldığı zamanlarda xarici ölkələrdə çalışan həkimlərin göz yaşlarına sosial şəbəkələrdə rastlaşdıqca, bəşər aləminin bu ağır imtahanına üzülürdük. Və onu da dərk edirdik ki, bu dəfə ellə gələn bəla toy-bayram olmayacaq...
Saglamolun.Az