"Xalq Bank"ın "Mərkəz" filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə həlak olub.
Bu barədə Qaynarinfo-ya bankdan məlumat verilib.
Məlumata görə, Abşeron çimərliklərinin birində ailəsi və dostları ilə istirahət edən Yusif Məmmədov dənizdə batan uşaqları xilas edərkən həlak olub. Valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif Məmmədov onlara kömək eyməyə çalışıb. Şahidlərin sözlərinə görə, Yusif Məmmədov üzərək uşaqlara çatıb, onları xilas edib, amma özü dənizdə batıb.
O, bu gün doğulduğu İmişlidə torpağa tapşırılıb.
Qeyd edək ki, Yusif Məmmədov ailəli olub, iki azyaşlı övladı atası qalıb.
Allah rəhmət eləsin!
Saglamolun.Az