Загрузка...

Arıqlamaq istəyənlər üçün "mənfi kalorili" məhsullar haqqında...

Bir çoxlarının gündəlik nəzarət etdiyi çəki problemi  təbii olaraq hər gün qəbul etdikləri  qida məhsulları ilə bağlıdır.

Kalori sayını nə qədər önəmli olduğunu hamımız bildiyindən, bir çox məhsulları kalori dəyərinin yüksək olduğuna görə, onlardan imtina etməli oluruq. Lakin, orqanizmə çox xeyirli olan və hətta arıqlamaq üçün effektiv olan mənfi kalorili məhsulların olması çox sevindiric haldr. Bəs, mənfi kalori nə deməkdir? Necə olur ki, bəzi məhsulları yeməklə çəki itirmək olar?

Mənfi kalori - orqanizmin,qəbul etdiyi məhsulun həzm olunmasına , məhsulun tərkibində olan kaloridən daha çox enerji sərf etməsi deməkdir. Bu o deməkdir ki, bəzi az kalorili məhsulları yedikdə, onların həzm olunması  üçün daha çox enerji sərf etmək gərəkdir.

Bildiyimizə görə isə, arıqlamaq üçün insanın aldığı enerji sərf etdiyində daha az olmalıdır. Bu o deməkdir ki, özünüzü ac saxlamağa ehtiyac yoxdur. Sadəcə arıqlamaq üçün istifadə etdiyiniz məhsulların kalori sayını bilərək , gündəlik alacağınız və itirəcəyiniz  enerjini kontrolda saxlamalısınız. Buna misal olaraq xiyarın adını çəkmək olar. Belə ki, orqanizm onun həzm olunmasına, ondan aldığını kaloridən daha çox  enerji sərf edəcək(xiyar - cəmi 15 vkalori).Bəs  bu siyahıya daha hansı məhsulları aid etmək olar?

Mənfi kalorili tərəvəzlər sırasına əsasən yaşıl rəngdə olanlar daxil edilir: qulançar, çuğundur, brokkololi, kələm, qabaq, gül kələmi, kərəviz, çili istiotu, xiyar, yaşıl lobya, soğan, turp, kahı, ispanaq, badımcan və bolqar bibəri.

Meyvə və giləmeyvələr: alma, qreypfrut, limon, manqo, ananas, mandarin, moruq, çiyələk və quşüzümü.

Bitki və ədviyyatlar: zəncəfil, çili istiotu, darçın, xardal, şüyüd və cirə.

Hazırlanma zamanı məhsullar minimal  termal emala düçar olmalıdırlar ki, öz xeyirli xüsusiyyətlərini itirməsinlər. Belə ki, çiy tərəvəzlərin tərkibində selülloz qaynadılmışlardandan daha çoxdur. Optimal variant müxtəlif salatlardır ki, onlara da sonda zeytun, qarğıdalı yağı və limon suyu qatmaq məsləhət görülür.

Göbələk də həmçinin bu siyahıya aiddir. Məhz bu məhsul mənfi kalorili məhsuldur ki, tərkibi zülal və qida telləri ilə çox zəngindir. Kalori dəyəri isə 9 -330 qədərdir. Bu məhsul sizi uzunmüddətli olaraq aclıqdan qoruya bilər.

Unutmayı ki, əzələ itkisinin olmaması üçün rasiona zülal tərkibli məhsullar əlavə olunmalıdır. Bunlara; toyuğun döş əti, yağsız balıq əti, krevetlər, dil.

Sonda isə əlbəttə ki, orqanizmə su lazımdır. Meyvə və tərəvəzlərlə orqanizmə su getməyinə baxmayaraq, gündəlik olaraq lazımı miqdarda su içmək lazımdır. Çay və qəhvə su sayılmır, orqanizmə lazım olan adı su və ya mineral qazsız sudur. Məhz suyun sayəsində orqanizm təmizlənir, dəri elastik olur, şlaklar orqanizmdə çıxarılır.Həmçinin su orqanizmdə gedən mübadilə prosesini tezləşdirir.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика