“Son Zəng tədbirləri qadağan deyil”.
Bu fikirləri Qazet.az-a açıqlamasında Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirib.
Sosial şəbəkələrdə və KİV-də Son Zəng tədbirlərinin ləğv edilməsi ilə bağlı müxtəlif xəbərlər yer alır. Lakin, Cəsarət Valehov bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildirir.
“Son Zəng tədbirləri iyun ayının 12-də planlaşdırılır. Lakin, karantin rejimi olduğuna görə ənənəvi formada deyil, onlayn formatda keçiriləcək. Tədbirin bu tarixdə keçirilməsinin məqsədi iyun ayının 12-nin sonuncu iş günü olmasıdır”.
Saglamolun.Az