31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Son 3 gün müddətində yoluxma sayı 689-a yüksəlib.
Bu, pandemiya dövründə ən yüksək göstərici hesab edilir.
Belə olduğu halda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, bununla bağlı rəsmi açıqlama yoxdur.
“Karantin müddəti yumşaldıqdan sonra yoluxma sayı artıb. Buna baxmayaraq hələ də rəsmi qərar yoxdur”, – deyə İbrahim Məmmədov qeyd edib.(Qazet.az)
Saglamolun.Az