Daha bir həkim koronavirusdan öldü - Foto

Gəncədə koronavirusa yoluxmuş cərrah dünyasını dəyişib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu gün vəfat edənlərdən biri, 1962-ci il təvəllüdlü xəstə Gəncə şəhərində fəaliyyət göstərən həkim olub: “Həmkarımızın şəkərli diabet, hipertoniya kimi yanaşı xəstəliyi olub. Aprelin 30-da xəstəxanaya daxil olub və müalicəsinə başlanılıb. 681 nəfər tibb işçisi koronavirusa yoluxub. Bu, ümumi yoluxmanın 18 faizidir. Əksəriyyəti kiçik və orta tibb işçiləridir. 537 tibb işçisi sağalıb, 4 həkim vəfat edib”

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin həkim Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı Sürət Abbasovdur. Müalicə olunmasına baxmayaraq həkim Bakıdakı ixtisaslaşmış tibb müəssisələrinin birində ölüb.

Saglamolun.Az