Koronavirusdan qorunmaq üçün üz tutduqları qadın bütün məhəlləni virusa yoluxdurdu

Türkiyənin Kayseri vilayətində insanlar onları koronavirusdan qoruyacağına inandıqları qadına üz tutublar.

Oxu.az bildirir ki, “Haberler”-in məlumatına görə həmin şəxslər qadının onların ağızlarına üfürərək virusa yoluxmalarının qarşısını alacağına inanıblar.

Sonradan koronavirus daşıyıcısı olduğu aşkarlanmış qadın bu yolla bütün məhəllə sakinlərini COVID-19-a yoluxdurub.

Kayseri Səhiyyə İdarəsi insanları bu cür şəxslərə müraciət etməməyə çağırıb.

Saglamolun.Az