Pandemiyanın ikinci dalğasını gözləyirdik. İkinci dalğadan qorxmaq lazım deyil. Bu, onu göstərir ki, birinci dalğada yetərincə uğur əldə etmişik.
Çünki kiçik dalğaların qeydə alınması bir böyük dalğanın baş verməsindən yaxşıdır.
AZƏRTAC-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, kiçik dalğalarla mübarizə aparmaq daha asandır. Azərbaycan və dünyadakı bütün ölkələr bunu etməyə çalışırlar. Burada əhalinin ictimai səhiyyə tədbirlərinə riayət etməsi də son dərəcəli önəmlidir.
Saglamolun.Az