Tibbi ŞPRİSlər haqqında bilmədiyiniz - seçim, yararlıq müddəti... FOTO-İZAH

Şpris tibdə ən tez-tez istifadə olunan vasitələrdən biridir. Şpris sözü alman dilindən olan Spritze sözündən yaranıb (spritzen alman dilində “sıçratmaq” deməkdir).

İlk birdəfəlik şpris 1956-cı ildə əczaçı Kolin Mördok tərəfindən hazırlanıb.

Bilmək lazımdır ki, şprisin düzgün seçimi dərmanın yeridilməsi prosesini daha rahat və ağrısız edir. Şpris necə seçilməlidir?

Saglamolun.az bildirir ki, şprislər 2 və 3 komponentli olur. 2-komponentli şprislər silindr və porşendən, 3-komponentli isə silindr, porşen və rezin sıxışdırıcıdan ibarətdit.

2-komponentli şpris

3-komponentli şpris

Bu rezin sıxışdırıcı porşenin silindrin içində daha yumşaq hərəkətini təmin edir ki, nəticədə inyeksiya daha ağrısız olur. Həmçinin 3-komponentli şprislərdə dərman preparatının şprisdən sızması riski daha azdır. Bu xüsusilə qatı yağlı preparatların yeridilməsi zamanı vacibdir. Avropa və ABŞ-da əksər hallarada məhz 3-komponentli şprislərdən istifadə olunur.

Şprislər həmçinin iynənin birləşməsinə görə də seçilir. Şprislərin bir hissəsində iynə şprisə taxılır, digərlərində isə burulub bağlanır. 2-ci növ şprislər daha ehtibarlı sayılır. Bəzən çox qatı dərman yeridildikdə taxılan iynə çıxa bilər, lakin burulub bağlanan iynələrdə bu mümkün deyil.

Taxılan iynə ilə şpris

Burulub bağlanan iynə ilə şpris

Şprislərin həcmi 0,3 ml başlayaraq 150 ml qədər olur. Ən kiçik şprislər 0,3; 0,5: 1 ml-dir.

"İnsulin" şprisi

Bu şprislərin özəlliyi ondan ibarətdir ki, onların iynəsi çox nazik olur və porşenə bitişik olur. Belə şprisləri “insulin” şprislər də adlandırırlar. Onlar həqiqətən insulinin yeridilməsi, allegologiyada dərialtı sınaqlar zamanı və 1 yaşa qədər olan uşaqlarda istifadə oluna bilər.

Ən tez-tez istifadə olunan şprislər 2, 5, 10 və 20 ml-lik şprislərdir.

Dərialtı inyeksiyalar üçün 2 ml, əzələ inyeksiyaları üçün 5 ml, damardaxili iynələr üçün 10-20 ml-lik şprislərdən istifadə olunur. Bəzən ev şəraitində iynə vuranda şprisin komplektdə olan iynəsini daha nazik iynəyə dəyişdirirlər. Məsələn, 5 ml-lik iynəni çıxardıb 2 ml-lik iynə taxırlar. Mütəxəssislərin fikrinə görə, bu düzgün deyil və bunu etmək olmaz.   

Şprislərin yararlıq müddəti 3 ildən 5 ilə qədər ola bilər. Yararlıq müddəti keçən şprislərdən istifadə etmək olmaz.   

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

 

 

 

 
loading...

 


Яндекс.Метрика