Sumqayıt şəhərinin çıxışında səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
İlkin məlumatlara görə, 3 nömrəli sərnişin avtobusu Sumqayıt-Ceyranbatan istiqamətinə hərəkət edən 9 nömrəli sərnişin avtobusu ilə toqquşub.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, qəzada xəsarət alan 14 nəfərdən 12-si evə buraxılıb, yaralılardan ikisinin vəziyyəti nisbətən ağırdır: "12 nəfərə ilkin yardım edildikdən sonra evə buraxılıb. Digər iki nəfər isə müalicəsini xəstəxanada davam etdirir. Onlardan biri M.Məmişova hər iki ayağın baldır sümüyünün sınığı, digər xəstə N.Əliyevaya isə onurğanın küt travması diaqnozu qoyulub. Hər iki xəstə həkim nəzarətindədir. Vəziyyətləri qənaətbəxşdir”.
Saglamolun.Az