Süni intellekt insana diaqnoz qoyacaq

Xarici KİV-ləri xəbər verir ki, Amerika alimləri insanlarda depressiyanı aşkar edən xüsusi SimSensei proqramı hazırlayıblar.

Proqram insanın nitqini analiz edir və bunun əsasında diaqnoz qoyur.

Psixiki pozulmalar tək insanın davranışına deyil, nitqinə də təsir edir. Depressiyada olan xəstələrin nitqi daha asta və monoton olur, sözlərin arasında fasilələr uzanır, nitqdə emosiyalar azalır. Proqram məhz bu dəyişiklikləri aşkar edir.

Əvvəl süni intellekt insanla "söhbət edir" və bu söhbəti yazır. Daha sonra insanın nitqi sağlam insanın nitqi ilə müqayisə edilir. Bunun əsasında SimSensei insana diaqnoz qoyur.

Alimlər bildirir ki, SimSensei smartfona yükləmək mümkün olacaq. Bu insana öz vəziyyətinə nəzarət etməyə imkan verəcək.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...
İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...
Əminə Allahverdiyeva

Əminə Allahverdiyeva

Ginekologiya

Cərrah-ginekoloq-seksopatoloq İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика