13 yaşlı oğlan azyaşlı qardaşını qətlə yetirib.
Milli.Az Mirror-a istinadla xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk vilayətində baş verib. 13 yaşlı Aleksandr adlı oğlan mobil telefon oyununda qardaşına məğlub olduqdan sonra onun telefonunu qırıb.
O, qardaşının bunu anasına deyəcəyindən qorxaraq onu bıçaqlayaraq öldürüb.
Uşağın anası Olqa evə gələndə oğlunun dediklərinə inanmayıb və polis çağırıb. Araşdırmalardan sonra 13 yaşlı Aleksandrın qatil olduğu aşkarlanıb.
Hakim qarşısına çıxan Aleksandr cinayəti etiraf edib. O bildirib ki, əsəbləşib, mebelə zərər vurub, sonra da qardaşının telefonunu yararsız alıb.
Saglamolun.Az