Zəncəfilin heç bilmədiyiniz 7 faydası

Zəncəfil möcüzəli bitkidir. Zəncəfilin xüsusiyyətlərini araşdıran alimlər hər dəfə olun yeni və yeni faydalarını aşkar edir.

Saglamolun.az sizi zəncəfilin bilmədiyiniz faydaları ilə tanış edir.

1. Miqreni müalicə edir

Miqren ən güclü və müalicəyə tabe olunmayan baş ağrısıdır. Journal of Phytotherapy Research jurnalında dərc olunmuş yeni araşdırmanın nəticələrinə görə, zəncəfil miqren ağrılarını və bu xəstəliklə bağlı olan digər xoşagəlməz simptomları (ürəkbulanması, qusma) xeyli azaldır.

2. Sellülitlə mübarizə edir

Bu məqsədlə zəncəfili blenderdə xırdalayıb, dəniz duzu ilə qarışdırın. Bu skrabı problemli yerlərə çəkin, yüngül massaj edin.

3. Oynaq və əzələ ağrılarını azaldır  

Zəncəfil tanınmış təbii iltihabəleyhinə  və agrıkəsici vasitədir.

Zəncəfili sürtgəcdən keçirin, alınmış kütləni pambıq əskiyə çəkin və aörıyan yerə kompress çəkilində qoyun.

4. Beyini cavanlaşdırırn, yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır, Alsheymer və Parkinson  xəstəliklərinin riskini azaldır.

5. Depressiya ilə mübarizə edir

Zəncəfil serotonin hormonunun ifrazını artırır. Məhz serotoninin ifrazının azalması depressiyanın inkişafının əsas səbəblərindən biridir.

6. Cavanlaşdırır

Antioksidantlarla zəngin olan zəncəfil orqanizmi hüceyrə səviyyəsində cavanlaşdırırr, dərinin vəziyyətini yaxşılaşdırır.

7. Saçların uzanmasını stimullaşdırır, saçları gözəl və sağlam edir

Bu məqsədlə zəncəfili sürtgəcdən keçirib gənəgərçək yağı ilə qarışdırın, saçların köklərinə çəkin, 1 saat saxlayın, sonra yuyun. Bu maskadan həftədə 1-2 dəfə istifadə edə bilərsiniz.

İstifadə etdikdən əvvəl allergiya testini edin - zəncəfili dərinin kiçik hissəsinə sürtün və 10 dəqiqə saxlayın. Dəri qızarıbsa, sizdə zəncəfilə qarşı allergiya var.   

Saglamolun.Az




loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...
Elnarə Cəlilova

Elnarə Cəlilova

Oftalmologiya

Oftalmoloq İş stajı – 17 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

 


Яндекс.Метрика