Rusiyada COVID-19-a qarşı yeni müalicə üsulu tətbiq edilir

Rusiyada COVID-19-a qarşı yeni müalicə üsulunun tətbiqinə başlanılıb.

Oxu.az bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

N.V.Sklifosovski adına Moskva şəhər Elmi-Tədqiqat Təcili Yardım İnstitutunun tətbiq etdiyi müalicə üsulu helium qazından istifadəyə əsaslanır.

Sözügedən üsulla qanın qaz tərkibi normallaşdırılır və turşu-qələvi balansı bərpa olunur.

Həkimlərin fikrincə, helium koronavirusla bağlı qanda yaranan oksigen çatışmazlığının qarşısını ala bilər.

Saglamolun.Az