Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirilib ki, Bərdə rayonunda əhali arasında koronavirusla bağlı müayinələr aparılır:
“Rayonda indiyədək 700 nəfər test edilib. Sevindirici haldır ki, heç kimdə virus aşkarlanmayıb. Bu müayinələrin nəticələri mənfi çıxıb”.
Qeyd edək ki, rayon ərazisində karantin rejimi davam edir. Şəhərin müxtəlif ərazilərində, giriş və çıxışlarında xüsusi polis postları qurulub. Rayon əhalisi karantin rejiminə ciddi əməl edir.
Saglamolun.Az