Kivi ilə cavanlaşdırıcı maska

Kivi üz dərisinə yumşaq skrab kimi təsir edir - dərini artıq piydən, ölmüş hüceyrələrdən təmizləyir.

Kivi maskası dərini cavanlaşdırır, ağardır, təmizləyir, daha təravətli, elastik və dartılmış edir.

Yağlı dəri üçün maska:

1 kivi meyvəsini soyub blenderdən keçirin. 1 xörək qaşığı nişasta əlavə edib yaxşı qarışdırın və təmiz üz dərisinə çəkib üzünüzü yungül massaj edin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Quru dəri üçün maska:

1 kivi meyvəsini blenderdən keçirin, 1 xörək qaşığı zeytun yağı və 1 yumurtanın sarısını əlavə edib yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin, yüngül massaj edin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Saglamolun.Az




loading...

Bel yırtığı niyə əmələ gəlir və necə müalicə olunur

 

 

 

 
loading...

 


Яндекс.Метрика