Tanınmış alim, Rusiya və Nyu-York elmi akademiyalarının üzvü, tibbi elmləri doktoru Anatoli Alşteynin fikrinə görə koronavirus pandemiyası 2 aydan sonra zəifləyəcək.
“Mənim fikrimə görə, yaya qədər biz bu pandemiyanın öhdəsindən gələ bilərik”, Alşteyn bildirib.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, alimin sözlərinə görə, koronavirusdan deyil, onun ağırlaşması olan atipik pnevmoniyadan qorxmaq lazımdır: “Sizdə pnevmoniya inkişaf etməyibsə, koronavirus sizi öldürməyəcək”.
Saglamolun.Az