Rafael Dadaşov dünyasını dəyişdi

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

Bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib: "Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünuyasını dəyişən zaman hamımızdan halallıq istədi”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

Saglamolun.Az