Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru əllərin düzgün yuyulması qaydalarını izah edib - VİDEO

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan qorunmaq üçün insanlara çağırış edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı ÜST-ün “YouTube” kanalında “The Safe Hands challenge” (Təhlükəsiz əllər çağırışı) yayımlanıb.

Çağırışda bildirilir ki, COVID-19-dan qorunmaq üçün edilməsi vacib olan işlər var:

“Əllərinizi yuyun və ya spirtlə təmizləyin!  #SafeHands çağırışına qoşulun və əllərinizi yuma videosunu paylaşın!”

Videoda ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus əllərin düzgün yuyulma formasını izah edib.

Saglamolun.Az