Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.
APA xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxanadan APA-ya bildirib ki, A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.
Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl "Facebook"da intihar edəcəyini açıqlayıb.
Saglamolun.Az