Müasir şərq təbabətində meşə mələkotu öz müalicəvi xüsusiyyətləri ilə jenşenlə müqayisə edilir. Ondan alınan preparatlar cinsi orqanların, nevralgiyanm, artritin, göbələk xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Həmçinin beyin qan dövranı pozuntularında, yaddaşın möhkəmləndirilməsində işlədilir. Meşə mələkotu tərkibində saxladığı hormon tərkibli maddələrin köməyi ilə orqanizmdə baş verən hormon çatışmazlığını aradan qaldırıb onun normal fəaliyyət göstərməsini təmin edir. Bitki ən çox qadın orqanizmində baş verən hormon çatışmazlıqlarının aradan qaldırılmasında istifadə edilir.
Çində hədər yerə meşə mələkotunu «qadın jenşeni» adlandırmırlar. Mələkotu preparatları qadınlarda baş verən anemiyalann aradan qaldırılmasında tətbiq edilir. Farmakoloqlar meşə mələkotundan aldıqları dərman preparatlarından beyin qabığında baş verən qan dövranı pozuntularının aradan qaldırılmasında geniş istifadə edirlər. Hal-hazırda mələkotu preparatlarının köməyi ilə böyrəkdə psoriaz xəstəlikləri müalicə edilir. Bütün cənub-şərq ölkələrinin əhalisi tərəvəz bitkisi kimi meşə mələkotunun geniş plantasiyalarını salıb becərir və ondan müxtəlif qida məhsulları istehsal edirlər. Şərq və Asiya xalqlarının uzunömürlü olmalarının sirrləri bəlkə də bu bitkilərin tərkibindəki bioloji aktiv maddələrin təsirlərindən baş verir. Müalicə məqsədləri üçün bitkinin kök hissəsini payız aylarında toplayırlar. Kökünün tərkibindən efir yağı, kumarin, aşı və s. maddələr aşkar edilmişdir
Meşə mələkotundan dərman preparatlarının hazırlanması.
1. 1 xörək qaşığı doğranmış kök hissəsindən götürüb 100 ml qaynar suyun içərisinə töküb 2 saat dəmləyib süzün. Sonra kökün üzərinə yenidən 200 ml su əlavə edib 1 saat isti yerdə dəmləyib hər iki ekstraktı bir-biri ilə qarışdırıb gündə 5-6 dəfə 100 ml yeməkqabağı qəbul edin. 2. 50 q kökündən götürüb 0,5 litr arağın üzərinə töküb 2 həftə saxlayıb süzün. 1 çay qaşığı götürüb suya daxil edib gündə 3 dəfə yeməkqabağı qəbul edin və yaxud 1- xörək qaşığı kökündən götürüb 300 ml qaynar suya töküb su hamamına qoyub 30 dəqiqə saxlayın. Sonra əvvəlki vəziyyətinə gətirib gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə az qalmış qəbul edin. Müalicə kursu 2 aydır. Mələkotu qara ciyəri təmizləyir, qəbizliyi aradan qaldırır, ən çox isə yaşlı adamlarda baş verən qəbizliyə daha çox kömək edir.
Təcrübəli həkim-ginekoloq E,Savelyeva qadınlara klimaks zamanı aşağıdakı qeyd etdiyimiz yığımlardan hazırlanan ekstaktlardan istifadə etməyi məsləhət görmüşdür.
1. Yığım — gəndəlaş çiçəyi, cirə meyvəsi, dazıotu, üçrəngli bənövşə otu, paxla kökü, murdarça qabığı, şirinbiyan kökü, sabahgülü çiçəyi, əməköməçi çiçəyi götürün. Bütün götürdüyünüz xammalları bir-birilə qanşdınn. Sonra qarışıqdan 3 hissə və yaxud 2 hissə götürüb termosa töküb qaynar su əlavə edib dəmləyin. Dəmləmədən gündə 2 stəkan götürüb qurtum-qurtum için. Müalicəni 10 gün davam etdirin. 2. Yemişanın qan-qırmızı rəngli meyvəsindən və yaxud meyvə ilə çiçəyini birlikdə götürüb qarışdırın. Sonra qarışıqdan termosa töküb 2 saat dəmləyib süzün. Dəmləmədən gündə 3 dəfə yeməyə yanm saat qalmış qəbul edin. Müalicəni 15 gün davam etdirin. 40 q dərman çobanyastığı, 30 q valerian kökü, 30 q yarpız götürün. Qanşdınb, 2 xörək qaşığı götürüb termosa tökün və üzərinə 0,5 litr qaynar su əlavə edin və 2-3 saat dəmləyib, süzün. Klimaks zamanı axşamlar sakitləşdirici, ağrıkəsici vasitə kimi qəbul edin.
Eyni zamanda an südünü balla qanşdınb çay qaşığının 1/4 hissəsi qədər qəbul edin (və yaxud dilinizin altına qoyub sorulub qurtarana qədər saxlayın). Müalicə kursu 4-6 həftədir. İkievli gicitkəndən 20 q, üçbölümlü qanqaldan 20 q, üçrəngli bənövşədən 15 q, boymadərən otundan 15 q, iri bıtraq kökü 10 q, çöl qatırquyruğundan 10 q, qara qarağat yarpağından 10 q götürün. Götürdüyünüz qarışıqlan bir-birilə qanşdınn. Sonra 2 xörək qaşığı termosa töküb üzərinə 0,5 litr qaynar su əlavə edib 1,5-2 saat dəmləyib, süzün və zövqünüzə görə,bal əlavə edib gündə 3 dəfə klimaks, cinsi orqanlarda baş verən dəyişikliklər zamanı, eləcə də dəri səpmələri zamanı qəbul edin.
Saglamolun.Az