Çinli qadın koronavirusa ev şəraitində qalib gəldi

Çinin Uhan şəhərinin sakini 24-yaşlı Jia Na adlı qadın ev şəraitində koronavirusa qalib gələ bildi.

Tibb bacısı olan Jia koronavirusa yoluxandan sonra xəstəliyi ağır formaya keçməyənə qədər evdə müalicə etməyə qərar verib.

Saglamolun.az inforeactor.ru saytına istinadla bildirir ki, qadın 11 gün ərzində evdə karantində qalıb  həkimlərin ona təyin etdiyi dərmanları qəbul edirdi. Bundan əlavə Jia şəxsi gigiyena qaydalarına xüsusi diqqət edir, evi müntəzəm olaraq sterilizasiya edirdi.

11 gündən sonra qadının vəziyyəti yaxşılaşmağa başlayıb.  

Saglamolun.Az