Məşhur əkizlərdən biri, müğənni Sevinc Səfərova sosial şəbəkədə diqqət çəkən status paylaşıb.
Qafqazinfo.az xəbər verir ki, Sevil 10 günə 5 kq çəki atdığını qeyd edib.
"İnanmazdım ki, pəhrizim insanların marağına səbəb olacaq. 60 kq çəkim var idi. 10 gün ərzində 5 kilo arıqladım. Hələ hədəfdə 5 kq da var. Hələ çəkini daim saxlamaq üçün maraqlı metod var, sizinlə bölüşəcəm", - sənətçi bildirib.
O, 10 gün xurma, qatıq yediyini və sudan istifadə etdiyini bildirib: "Hər gün gecədən 21 xurmanın çəyirdəyini çıxarıb suya qoyun. Səhərə qədər saxlayın ki, şirəsi çıxsın. Sonra üç yerə bölün ki, səhər, günorta və axşam yeyə biləsiz. 250 qram yağsız qatığa 7 xurma əlavə edin və üzərinə bir az darçın səpin. Çox dadlı olur, həm də tox saxlayır. Gün ərzində 2 litr su içməyiniz mütləqdir. Aclıq hiss edən zaman ancaq yaşıl çay için".
Saglamolun.Az