Hamilələrdə səhər ürəkbulanmasını aradan qaldırmağın sadə yolları

Səhər ürəkbulanması bəzi hamilələrdə heç müşahidə olunmadığı halda bəzilərində 9 ay ərzində davam edə bilər.

Bunun aradan qaldırılması üçün nə etmək lazımdır? Ürəkbulanmasına təsir edən vasitələr nələrdir?

- Kiçik bir stəkan su ilə qarışdırılmış limon suyunun ürəkbulanmasına yaxşı təsir etdiyi deyilir.

- Zəncəfilli çay və ya şəkər ürəkbulanmanı azalda bilər.

- Qurudulmuş kiçik yaşıl limonu suya qataraq içə bilərsiniz.

- Səhərlər qalxan kimi nəsə yeyin. Əlinizin altında kiçik bir kraker paketinin olması yaxşı olar.

- Bol-bol gəzintiyə çıxaraq təmiz hava alın.

- Otaqların düzgün şəkildə havalandırıldığından əmin olun.

- Yağlı qidalar ifrat ədviyyat və duz ehtiva etdiyi üçün ürəkbulanmasını artıra bilər.

- Kəskin qoxular ürəkbulanma yarada bilər. Yemək hazırlayarkən xoşlamadığınız yeməkləri seçməyin.

- Yetərincə dincəlmək çox əhəmiyyətlidir. Gecələr gec yatmayın.

- Hamiləlik boyunca nizamlı olaraq su qəbul etmək çox önəmlidir və bədən susuz qalmadığı təqdirdə səhər ürəkbulanmasından da uzaq ola bilərsiniz.

Saglamolun.Az