Səhiyyə nazirindən koronavirus xəbərdarlığı — Öpüşüb, görüşməyin

Fransa Səhiyyə naziri Oliviye Veran koronavirusdan qorunmaq məqsədi ilə insanları bir-biri ilə birbaşa münasibətdən yayınmağı, xüsusən də öpüşməyi və əl verib salamlaşmağı məhdudlaşdırmağı tövsiyyə edib.

“Ölkə.Az” CNN-ə istinadən xəbər verir ki, nazir koronavirus təhlükəsi ilə əlaqədar olaraq Fransız ənənəsi olan öpüşmənin əleyhinə çıxış edib.

“İnsanlarla fiziki təması məhdudlaşdırmaq tövsiyyə olunur. Bu da öz-özlüyündə ənənəmizə uyğun olaraq insanların bir-biri ilə öpüşməkdən uzaq durması deməkdir”- nazir jurnalistlərə açıqlamasında deyib.

Saglamolun.Az