107 kilo çəkisi olan qadın 42 kilo ARIQLADI - Heç anası da tanımadı - FOTOLAR

Avstraliyanın Melburn şəhərində tibb bacısı çalışan 24 yaşlı Harşi Suraveera 42 kiloqram arıqlayaraq, inanılmaz dərəcədə dəyişilib.

Hər şey onun rəfiqəsilə 2011-ci ildə çəkdirdiyi şəkildən başlayıb.

Belə ki, 107 kg çəkisi olan Harşi şəkildə özünü o qədər bəyənməyib ki, artıq nələrisə dəyişib dəyişilməyin vaxtı olduğunu anlayıb.

Daha öncə qidalanmasına heç fikir verməyən qadın yeməkdən asılı vəziyyətdə olub.

Nəticədə, sağlam qidalanma və idman cəmi 10 aya Harşini gözəlçəyə çevirib.

O, həftədə 3-4 dəfə idman zalında bir saat məşq edir. Bununla yanaşı, tibb bacısı özünə xüsusi menü tərtib edib. Onun menüsuna meyvə-tərəvəz, ət, yağlı balıq, qoz-fındıq daxildir.

Harşi arıqladıqdan sonra nəinki idmanı atmayıb, hətta bodibildinqlə məşğul olmağa başlayaraq, əzələlərini qaydaya salıb.
Hazırda 65 kg çəkisi olan qadını doğma anası da tanıya bilmir. O, qızının sağlam həyat tərzi sürdüyü üçün sevindiyini bildirib. (Big.az)


 

Saglamolun.Az