Tovuz rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq eksperimenti aparıblar.
10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinərək saxlanılan 47 yaşlı İlkin Süleymanov qurbanını necə öldürdüyünü ətraflı formada göstərib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Xatırladaq ki, İ.Süleymanov yanvarın 8-də saxlanılıb. İlk öncə bildirilib ki, öldürülən Nərminin alovlu bədənini ilk görən o olub.
Yanvarın 10-da o, törətdiyi əməli etiraf edib.
Məlum olub ki, İ.Süleymanov subaydır, ali təhsili var, üç dildə (Azərbaycan, rus və ingilis) danışır. İlkin Süleymanov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini (MDU) bitirib və Rusiya paytaxtında çalışıb. Bir neçə il sonra Bakıya qayıdaraq burada özəl sektorda çalışıb.
Süleymanov 10 ilə yaxın imiş özünə qapandığı üçün valideyinlərinin yanında Tovuzda Dondar Quşçu kəndində yaşayıb. Bir bacı və qardaşı var. Atası uzun illər kənddə fizika müəllimi işləyib.
Kənddə hörməti olan şəxs olub və hazırda yataq xəstəsidir.
Süleymanovların evi Nərminin atası Şərif Quliyevə aid olan sahədən 500 metr məsafədə yerləşir.
Bildirilir ki, bütün bu müddət ərzində oğru qızı kənddəki ailəsinə məxsus böyük bir evdə gizləyib, amma orada heç kim yaşamır.
Saglamolun.Az