İnsanlar arasında tez-tez rast gəlinən ürək çatışmazlığından ölüm halları daha çoxdur. Hətta bu xəstəlikdən ölüm nisbəti xərçəng növlərindən daha yüksəkdir. Gecələr nəfəs darlığı, ürək döyüntüsü, sinə ağrısı, öskürək ilə oyanırsınızsa, diqqətli olun.
Bununla bağlı türkiyəli kardiologiya mütəxəssisi Səlahəddin Türen məlumat verib. Həkim ürək çatışmazlığı əlamətlərinin erkən aşkarlanması, düzgün diaqnozu və müalicəsi ilə bağlı da açıqlama verib.
“Ürək çatışmazlığı ürəyin struktur və ya funksional anormallığı nəticəsində təngnəfəslik, ayaq biləyində şişlik (ödem) və yorğunluq kimi əlamətlərlə özünü göstərən xəstəlikdir və bu zaman orqanizmə kifayət qədər qan ötürülə bilmir”,- deyə həkim bildirib.
Onun sözlərinə görə, Avropada yetkin əhali arasında ürək çatışmazlığı sıxlığı yüzdə 1-2 təşkil edir. 55 yaşın altındakı əhalidə bu nisbət yüzdə 10-dur. Onların 50 faizdən bir qədər çoxu qadındır. Bəzi araşdırmalarda bütün ürək çatışmazlığı xəstələri üçün 1 illik və 5 illik ölüm nisbətləri yüzdə 20 və yüzdə 53 olaraq göstərilir. Diaqnoz qoyulduqdan 5 il sonra ölüm halları 67 faizdir. Bu da qısa müddətdə ölümlə nəticələnmə deməkdir. Hətta bu nisbət xərçəng xəstəliyindən ölüm nisbətindən dı çoxdur.
Mütəxəssis qeyd edib ki, ürək çatışmazlığı xroniki xəstəlikdir və ömür boyu müalicə tələb edir. Ürək çatışmazlığından əziyyət çəkən insanların böyük əksəriyyətinə müalicə təsir etmir və təcili ürək köçürülməsinə ehtiyac yaranır. Əks halda bu xəstələrin təxminən dörddə üçü bir il ərzində ölür. Bu səbəbdən bu vəziyyətdə olan xəstələr ürək nəqli klinikalarına göndərilməli, təqib və müalicələri bu mərkəzlərdə aparılmalıdır.
Mənbə: medicalmedia.az
Saglamolun.Az