"Əziz dostlar! Bir neçə gün əvvəl, dostumuz Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli Azərbaycanda nadir hallarda birlikdə keçirilən 2 cərrahi əməliyyat, ürək-damar şuntlanması və böyrək transplantasiyasına məruz qalmışdır.
Əməliyyatlar ardıcıllıqla, bir gündə Gömrük Hospitalının məhşur cərrahları tərəfindən uğurla həyata keçirilmişdir və hazırda Ramil özünü yaxşı hiss edir".
Demokrat.az xəbər verir ki, bu fikirləri Ramil İsgəndərlinin dostu olan tanınmış hərbi ekspert Ramil Məmmədli qeyd edib.
Daha sonra o bildirib: "Əməliyyatlar zamanı donor qismində Ramilin həyat yoldaşı, gözəl mütəxxəssis, cəsarətli qadın, dostumuz Nigar İsgəndərova iştirak etmişdir. Nigar kimi şücaətli qadınlar cəmiyyətimizin aynasıdır. O özünü gözəl hiss edir və artıq evə buraxılıb.
Baş Həkim başda olmaqla, Gömrük hospitalının bütün aidiyyatı personalı artıq 15 ildir bir-birinə həmrəy olan bu cütlüyə hər bir lazımı şəraiti yaratmışdır".
Saglamolun.Az